"Neftçi"nin yay transferlərindən olan Melvin Platye "ağ-qaralar"ın heyətində qol hesabını açıb. Fanat.az xəbər verir ki, holland forvard ilk qolunu "İnter"in qapısına vurub. O, qarşılaşmanın ilk yarısının son dəqiqələrində təyin olunan penalti zərbəsini dəqiq yerinə yetirib.
Bu, Platyenin "Neftçi"də vurduğu ilk qol olub. "Neymengen"dən gələn forvarda qol hesabını açmaq üçün 6 oyuna ehtiyac duyub. "İnter"lə matçın 45 dəqiqəsi də daxil olmaqla o, 303 dəqiqə oynadıqdan sonra rəqib qapılarına yol tapa bilib. Özü də penaltidən...
Fanat.az