Rusiya yığmasının sabiq forvardı Aleksandr Panov Aleksandr Kokorinin DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycana qarşı oynamaq ehtimalından danışıb.
Fanat.az xəbər verir ki, Panov milli üzvünü tənqid etməkdən çəkinməyib: “Saşa Lüksemburqla oyunda xüsusi heç nə ilə yadda qalmadı. İsrail və Azərbaycana qarşı da belə oynasa, millidəki gələcək karyerası böyük sual altına düşəcək. Yaşayarıq, görərik”.
Bir vaxtlar “Zenit”dəki oyunu ilə adından söz etdirən rus futbolunun yetirməsi tsiklin qalan matçları haqda danışarkən yalnız yəhudiləri ciddiyə aldığını gizlətməyib: “Fikrimcə, Rusiyanın bu tsikldə qarşılaşacağı rəqiblərdən çəkinməyə ehtiyac yoxdu. Yalnız İsraildən nəsə gözləmək olar. Qalanları gücümüzə görədi”.
Fanat.az