Mahir Şükürov Türkiyənin "Karşıyaka" klubu ilə yollarını ayırıb. Fanat.az хəbər verir ki, bu barədə Türkiyənin "Yeni Əsr" qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, baş məşqçi Ayhan Akman tərəfindən əsas heyətdən kənarlaşdırılaraq U-21 komandasına göndərilən Mahir müqaviləsini tək tərəfli pozaraq klubdan ayrılıb. Futbolçumuz artıq əşyalarını toplayaraq İzmirdən ayrılıb. "Karşıyaka"nın millimizin üzvünə qarşı hansı addımları atacağı maraqla gözlənilir.
Qeyd edək ki, millimizin Malta ilə oyununa dəvət alan Mahir pasportunda boş səhifə qalmadığını deyərək edərək İzmirə 3 gün gec qayıtmışdı. Bu səbəbdən Ayhan Akman onu əsas heyətdən kənarlaşdırmışdı. Şükürov 6 aydı maaş almadığını bildirib.
Fanat.az