Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Taşkın İlterin çıxış etdiyi "Ayntraxt II" (Braunşveyq) "Verder II"nin qonağı olub.
Şimal zonasında keçirilən oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Ayntraxt II"ın baş məşqçisi Henninq Bürger millimizin üzvünə start heyətində şans verib. Taşkını 46-cı dəqiqədə Marsel Şkreyer əvəzləyib.
Qeyd edək ki, bu Taşkının cari mövsümdə ikinci oyunu olub. O, ötən tur "Viktoria Hamburq"a qarşı 90 dəqiqə oynamışdı.
"Ayntraxt II" arxada qalan 4 turda xal qazana bilməyib və turnir cədvəlinin son pilləsində qərarlaşıb.