Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Tuğrul Eratın çıxış etdiyi Düsseldorf "Fortuna"sı "Sportfreunde"nin qonağı olub.
Qərb zonasının lideri ilə oyunda "Fortuna" 1 xal qazanıb - 1:1. Baş məşqçi Ramazan Yıldırım Tuğrul Erata start heyətində şans verib. Millimizin üzvü final fitinədək meydanda olub.
Qeyd edək ki, Tuğrul 5 turu arxada qalan Regional Liqanın bütün matçlarında meydana çıxıb və 363 dəqiqə oynayıb.
5 turda 7 xal qazanan "Fortuna" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.