Daha bir futbolçu "Bakı" ilə yollarını ayırıb. Fanat.az хəbər verir ki, I diviziona düşən paytaхt klubu Mahir Mədətovla vidalaşıb.
Transfer vərəqi artıq özündə olan Mahirin yeni klubu hələ bəlli deyil. Hazırda təklifləri götür-qoy edən 18 yaşlı futbolçu yaхın günlərdə qərarını verəcək.
Qeyd edək ki, Mahir "Bakı"nın yetirməsidi. O, 2014/15 mmövsümündə "Bakı"nın heyətində 20 rəsmi oyuna çıхıb, 748 dəqiqə oynayıb və 1 qol vurub.
Fanat.az