Lüksemburq millisinin baş məşqçisi Lük Holts rusiyalı jurnalistlərə açıqlama verib. Fanat.az xəbər verir ki, mütəxəssis Rusiya (1:4) ilə qarşılaşmadan sonra verdiyi açıqlamada millimizin üzvü Ruslan Abışovdan da danışıb:
"Biz rəqib komandanı çox yaxşı analiz etmişdik. Lakin bir neçə təcrübəli futbolçumuz meydana çıxa bilmədi. 3-4 il bundan əvvəl "Rubin" "Barselona"nı məğlub etmişdi. Sizdə Abışov soyadlı bir futbolçu da var. Azərbaycan yığması ilə oyunda biz rəqibimizi öyrəndik və Abışovun millisinə böyük xeyri olduğunu bildik. Onu deyə bilərəm ki, Abışov yığmasının liderlərindən biridi".
Fanat.az