"Klublar Komitəsinin bu gün baş tutan iclasında əsas müzakirə mövzularından biri də “Neftçi”nin müdafiəçisi Karlos Kardosoya verilən cəza idi. AZAL klubu bununla bağlı şikayət etmişdi". Fanat.az хəbər verir ki, bu sözləri Klublar Komitəsinin sədri Tuyqun Nadirov deyib.
Nadirov İntizam Komitəsinə müraciət edəcəklərini bildirib: "Hər bir klub belə aqibətlə üzləşə bilər. "Neftçi" etiraf edir ki, onlar İntizam Komitəsinin qərarına müdaxilə etməyiblər. AZAL da öz növbəsində deyir ki, Rəşad Abdullayevə 3 oyunluq cəza veriləndə, onlar üçün heç bir güzəştə gedilmədi. Biz bu məsələ ilə bağlı İntizam Komitəsinə müraciət edəcəyik. Qaydalar var, ona da uyğun hərəkət edilməlidi".
Qeyd edək ki, “Neftçi”nin müdafiəçisi Karlos Kardoso Premyer Liqanın XXVIII turunda “Simurq”la matçda rəqibi bilərəkdən vurduğu üçün birbaşa qırmızı vərəqə almış və AFFA İntizam Komitəsi onu 2-si şərti olmaqla 3 oyunluq cəzalandırmışdı. XXV turda isə AZAL-ın yarımmüdafiəçisi Rəşad Abdullayev rəqibi təhqir etdiyi üçün 3 oyunluq diskvalifikasiyaya məruz qalışdı.
Fanat.az