Kamran yarımfinala vəsiqə qazandı

Kamran yarımfinala vəsiqə qazandı

“Baku Cristal Hall” Avropa oyunlarına test xarakteri daşıyan boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turniri davam edir. Fanat.az xəbər verir ki, yarışların ikinci günü axşam proqramında 3 boksçumuz rinqə çıxıb. 

Onlardan yalnız biri növbəti mərhələyə vəsiqə qazanıb. 75 kq çəki dərəcəsində mübarizə aparan Kamran Şahsuvarlı Özbəkistan nümayəndəsi Uluqbek Haqverdiyevi məğlub edərək, yarımfinala yüksəlib. Həmyerlimiz növbəti görüşünü Qazaxıstan təmsilçisi Yerik Aljanova qarşı keçirəcək. 

81 kq çəki dərəcəsində milli komandamızın 1-ci nömrəsi hesab olunan Rauf Rəhimov isə özbəkistanlı iki dəfə dünya çempionatının mükafatçısı olmuş Elşod Rasulova uduzub. London Olimpiadasının iştirakçısı Vətən Hüseynli də (81 kq) mübarizəni dayandırıb. Boksçumuz gənc belaruslu Sergey Novikovla döyüşdən məğlub ayrılıb. 

Bu gün günorta proqramında rinqə çıxacaq boksçularımız

64 kq. Lorenzo Sotomayor - Zaur Abdullayev 

64 kq. Cavid Quliyev - Elnur Əliyev 

91 kq. Teymur Məmmədov - Kristian Dimitrov (Bolqarıstan) 

54 kq. Anna Əlimərdanova - Tatyana Zrajevskaya (Rusiya) 

64 kq. Yelena Vıstropova - Kamilla Bekmetova (Özbəkistan)

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər