Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XXX turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, turun bütün oyunları eyni gündə baş tutub.
Turun yeganə qələbəsini "Simurq" qazanıb. Zaqatala klubu "Qarabağ"ı 2:0 hesabı ilə yenib.
Qalan 3 oyun eyni hesabla başa çatıb. AZAL - "Sumqayıt", "Bakı" - "İnter" və "Neftçi" - "Qəbələ" matçları 1:1 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, "Araz Naxçıvan" çempionatdan çıxdığından "Xəzər Lənkəran" bu turda istirahət edib.
Əvəzedici heyətlər
2014/15 mövsümü
IV dövrə, XXX tur
16 aprel
AZAL - Sumqayıt 1:1
Qollar: İsa Zeynalov, 22 - Orxan Əliyev, 34.
Bakı - İnter 1:1
Qollar: Müşfiq İlyasov, 71 - Mirsahib Abbasov, 47.
Simurq - Qarabağ 2:0
Qollar: Nicat Muxtarov, 55. Vüsal İsgəndərov, 65.
Neftçi - Qəbələ 1:1
Qollar: Fəhmin Muradbəyli, 41 - Tellur Mütəllimov, 25.
| № | Klub | O | Q | H/H | M | T/F | X | |
| 1 | Simurq | 27 | 17 | 3 | 7 | 61:29 | 54 | |
| 2 | İnter | 26 | 15 | 5 | 6 | 65:34 | 50 | |
| 3 | Qəbələ | 27 | 12 | 7 | 8 | 41:37 | 43 | |
| 4 | Neftçi | 27 | 12 | 7 | 8 | 37:36 | 41 | |
| 5 | Xəzər L | 26 | 10 | 5 | 11 | 31:42 | 35 | |
| 6 | Qarabağ | 27 | 10 | 3 | 14 | 36:45 | 33 | |
| 7 | Bakı | 27 | 9 | 3 | 15 | 40:48 | 30 | |
| 8 | AZAL | 27 | 7 | 8 | 12 | 28:40 | 29 | |
| 9 | Sumqayıt | 26 | 4 | 8 | 14 | 31:61 | 19 | |
|
Bombardirlər | Oruc Balaşlı (Simurq) - 20. Raul Yaqubzadə (Bakı) - 14. Cavid Muxtarzadə (Neftçi), Mirsahib Abbasov (İnter) - 13. Mirabdulla Abbasov (Neftçi), Nicat Muxtarov (Simurq) - 10. | |||||||
Fanat.az