"Fənərbaxça" klubunun prezidenti Əziz Yıldırım iddialı açıqlamalarla çıxış edib. Fanat.az xəbər verir ki, klub prezidenti komandasının bu mövsüm çempion olacağını bildirib:
"Oyundan oyuna temp daha da artacaq. Güclü heyətimiz var. Ərsun Yanalın oyun fəlsəfəsini bəyənirəm. Komandanın oyunu məni ümidləndirir. "Fənərbaxça" bu mövsüm çempion olacaq. Buna ürəkdən inanıram".
Qeyd edək ki, "Fənərbaxça" Superliqada 3 turdan sonra 6 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Fanat.az