Əziz Yıldırım: "Özümü körpüdən atacam"

Əziz Yıldırım: "Özümü körpüdən atacam"

"Fənərbaxça"nın prezidenti Əziz Yıldırım iddialı açıqlamalar verib. Fanat.az xəbər verir ki, Yıldırım verdiyi açıqlamadan sonra Türkiyə futbolunda yenidən qalmaqal yaradıb. 

Klub prezidenti açıqlamasında oyun alqı-satqısının siyasi məqsədlə həyata keçirildiyini bildirib: "Deyirdiniz pul saydığım görüntülər, alqı-satqıyla bağlı sənədlər vardı, hanı o səndlər? Artıq 2 il keçib. Bu sənədlər niyə ortaya çıxmır? Qorxmayın, bəylər qorxmayın!  Nə görürsünüzsə, yazın. Bu məsələ siyası məsələdi. Bir çox məsələlər haqda danışan Yıldırım telefon danışıqlarına da aydınlıq gətirib: "Məni Olqun Pekerlə, daha sonra Sedat Pekerlə bağlamaq istəyirdilər. Daha sonra bu məsələni Ergenekonlar əlaqələndirəcəydilər. Mənə "Ergenekon kassası" dedilər. Avropada bir nəfər həbsə düşdüsə, günahkardı. Hüquq anlayışları həmişə fərqlidi. Bizim ölkədə isə bu belə deyil. Qanun dəyişdi, "Yeni qanun Əziz Yıldırım üçün çıxır" deyirlər. 

Sözlərinə davam edən klub rəsmisi özünü təmizə çıxarmaqdan da söhbət açıb: "Ölməsəm, bu hadisədə günahsız olduğumu sübut edəcəm. Milli komanda oyun alqı-satqısına girməyib? Nə tez unutdu hamı. 2000-ci ilə qayıdın.. Mən Türkiyə Futbol Federasiyasına (TFF) görə günahsızam, amma UEFA-nın gözündə günahkaram. Hamı rahat olsun, həbsxanada qalmağa hazıram. Özümü körpüdən atacam, bunu məhkəmədə də demişəm".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər