Droqba zirvədə

Droqba zirvədə
İngiltərənin "Givemefootball" saytı "Çelsi" tarixinin ən yaxşı "11-lik"ini seçib. Fanat.az xəbər verir ki, azarkeşlər arasında keçirilən sorğuda hazırda "Qalatasaray"da çıxış edən Didye Droqba ən çox səs toplayıb.
Qeyd edək ki, Droqba 2004-cü ildə Marsel "Olimpik"indən keçdiyi "Çelsi"də 2012-yədək çıxış edib. Bu müddətdə 226 oyuna çıxan afrikalı 100 qol vurub. O, London klubunun heyətində İngiltərə çempionluğunu (3 dəfə), Federasiya Kubokunu (4), Liqa Kubokunu (2), ölkə Super Kubokunu (2) və Çempionlar Liqasını (1) qazanıb.
Qapıçı: Petr Çex.
Müdafiəçilər: Ron Harris, Con Terri, Marsel Desailli, Eşli Koul.
Yarımmüdafiəçilər: Klaude Makelele, Dennis Vise, Frank Lempard, Canfranko Zola.
Hücumçular: Peter Osqud, Didye Droqba.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər