İtaliyanın liquida.it maqazin saytı Didye Droqba ilə bağlı maraqlı məlumat yayıb. Fanat.az xəbər verir ki, sayt afrikalı futbolçunun həyat yoldaşına xəyanət etdiyini yazıb.
Məlumata görə, evli olan "Qalatasaray"lı futbolçu bir müddət əvvəl amerikalı George Klooneyin keçmiş sevgilisi Elizabetta Kanalislə birlikdə olub. Qısa müddət bərabər olan cütlük daha sonra ayrılıb. Elizabetta bundan sonra yenidən keçmiş sevgilisi, veteran futbolçu Kristian Vyeri ilə barışıb.
Fanat.az