Con Toşak: "Artıq geriyə yol yoxdu"

Con Toşak: "Artıq geriyə yol yoxdu"
"Arxada qalan oyunlardan nəticə çıxarmaqla, uğursuzluğu unutmaq və "Bakı" ilə matçda mütləq qələbə qazanmaq lazımdı". Fanat.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşak deyib.
Qəbələdə keçirdiyi təlim-məşq toplanışını yekunlaşdıraraq istirahətə çəkilən "Xəzər Lənkəran" sentyabrın 9-da Lənkəranda bir araya gələcək. Cənub klubu Topaz Premyer Liqasının VI turu çərçivəsində sentyabrın 14-də qəbul edəcəyi "Bakı" ilə oyunun hazırlıqlarını doğma şəhərdə davam etdirəcək. Toşak bildirib ki, artıq geriyə yol yoxdu, mütləq qələbə qazanmalıdırlar: "Kollektiv olaraq özümüzə inanmalıyıq. Bu istirahət günlərinin ardından sentyabrın 9-da Lənkəranda toplanıb intensiv hazırlığımızı davam etdirəcəyik. "Bakı"nı Lənkərandan əliboş yola salmalıyıq. Artıq geriyə yol yoxdu".
12cioyuncu.info 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər