Bir matçda 28 penalti

Bir matçda 28 penalti

İspaniyada bir futbol matçında 28 penalti zərbəsindən istifadə olunub. Fanat.az xəbər verir ki, "Kral Kuboku"nun matçında mərhələ adlayan komandanı müəyyənləşdirmək üçün məhz bu sayda penalti vurulub.

Belə ki, kubokun ikinci mərhələsinin "Kordoba" - "Deportivo" matçının əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatıb. Bu səbəbdən qalib penaltilər seriyasında müəyyənləşib. 20 dəqiqə davam edən və 28 zərbənin vurulduğu mübarizədə 13:12 hesablı üstünlük əldə edən "Deportivo" mərhələ adlayıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər