Berti Foqts: "Oyun məni qane etmədi"

Berti Foqts: "Oyun məni qane etmədi"

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində səfərdə İsraillə 1:1 bərabərə qalan Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb. Fanat.az xəbər verir ki, almaniyalı mütəxəssis komandasının cəmi 20 dəqiqə oynadığını bildirib:

"Komandam 1 xal qazandığı üçün şadam. Ancaq oyun məni qane etmədi. Çünki komandam cəmi 20 dəqiqə oynadı. Hansı ki, belə oyunlarda bu çox azdı. Bilirəm ki, daha yaxşı oynaya bilərik. Şimali İrlandiya ilə oyunda yaxşı oyun və nəticə gözləyirəm. Biz topu daha çox saxlamalıyıq".

Qeyd edək ki, millimiz seçmə mərhələdə növbəti oyununu noyabrın 11-də Bakıda Şimali İrlandiyaya qarşı keçirəcək.  

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər