"İsrail güclü rəqibdi. Ona görə də bu komandaya qarşı xüsusi hazırlaşmağımız vacib idi. "Xəzər Lənkəran"ın Avropa Liqasında Hayfa "Makkabi"si ilə necə oynadığını siz də bilirsiz. Onda komandanın heyətində cəmi üç azərbaycanlı var idi. Hər şeyə rəğmən, özümüzə inanırıq. Bakıdakı oyunda necə yaxşı çıxış edə bildiyimizi göstərmişdik. Lakin adətən səfərdə evdəki kimi oynaya bilmirik". Fanat.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Berti Foqts deyib.
Alman çalıqşdırıcı rəqibin heyətində çox yaşı futbolçuların olduğunu bildirib: "Rəşad Sadıqov kapitan kimi liderliyi öz üzərinə götürməlidi. Bilirik ki, rəqib ilk dəqiqələrdən bizi sıxmağa çalışacaq. Çünki rəqibin heyətində çox yaxşı oyunçular va. Mahir Şükürovun da müdafiədəki işi çox olacaq. Kamran Ağayev isə Bakıda buraxdığı səhvləri təkrarlamamaq üçün öz üzərində daha çox çalışmalıdı".
Start heyətini artıq müəyyənləşdirdiyini bildirən Foqts Rüfət Dadaşovla bağlı danışıb: "Rüfətin Lüksemburqla oyunda 3-4 qol vurmaq şansı olsa da, onlardan yararlana bilməmişdi. Amma Maltaya iki qol vurdu. Onun hazırlığından razıyam. Oyunçularımı yaxşı tanıyıram. Ona görə də heyəti müəyyənləşdirmək mənim üçün çətin deyil".
Foqts Mahir Şükürovdan narazı olduğunu göstərib: "Oyunçular başa düşməlidi ki, futbol 90 dəqiqə davam edir. Hərdən 96-cı dəqiqəni də oynamaq lazım gəlir. Hər bir oyunçunun fərdi məşq etməsi lazımdı. Bunda klub məşqçilərinin günahı yoxdu. Onlar üçün hər cür şərait yaradılıb. O şəraitin qarşılığında futbolçular sadəcə özləri əlavə məşq etməyə çalışmalıdılar. Mən millidə intizamı gücləndirə bilərəm, amma azərbaycanlı futbolçuların mentalitetini dəyişə bilmərəm. Özünə qarşı tələbkar olmayan adamı dəyişmək çox çətindi. Bax buna görə də oyunçularımız fiziki cəhətdən 90 dəqiqə çatdırmırlar. Niyə Mahir Şükürovun meydanda tez yorulduğunu yazmırsız? Bunu yazmaq lazımdı".
Fanat.az