Azərbaycan gimnastları Bolqarıstana yollandılar

Azərbaycan gimnastları Bolqarıstana yollandılar

Akrobatika gimnastikası üzrə Azərbaycan yığması Bolqarıstana yollanıb.

Fanat.Az xəbər verir ki, idmançılar Varna şəhərində keçiriləcək 31-ci Avropa yaş qrupları yarışında çıxış edəcəklər.

Aysel Musayeva, Darya Pasmurnova, Fidan Mirzəyeva (12-18 yaş, qadın qrupu-1), Jasmin Əliyeva, Aylin Məmmədova və Ayan Hacılı (12-18 yaş, qadın qrupu-2) turnirdə qüvvələrini sınayacaqlar.

31-ci Avropa yaş qrupları yarışı 12-15 oktyabr tarixlərində təşkil olunacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər