AZAL futbolçuları XXV turdA “Bakı” və XXVI turda “Xəzər Lənkəran” üzərindəki qələbələrə görə vəd olunan mükafatları hələ almayıblar. Rekord.az-ın əldə etdiyu məlumata görə, əslində mükafatlar “Simurq”la səfər oyunundan sonra verilməliydi.
Lakin komanda Zaqatalada məğlub olunca mükafatlar da yubadılıb. Bu isə futbolçulara pis təsir edib. Elə bunun nəticəsində futbolçular “Qəbələ” ilə matça həvəssiz çıxıblar və yekunda 0:4 hesabı ilə uduzublar. Ardınca “Qarabağ”a məğlubiyyət və komanda bununla da avrokuboklara düşmək şansını itirib.
Qeyd edək ki, bundan qabaq baş məşqçi Tərlan Əhmədov əsas heyətə düşməyən futbolçulara mükafat verilməsini dayandırdığı üçün bunun özü də heyətə düşən bilməyən futbolçular tərəfindən ciddi narazılıqla qarşılanmışdı.
Fanat.az