Arda və Sinemi Ərdoğanla Terim evləndirəcək

Arda və Sinemi Ərdoğanla Terim evləndirəcək
Bundan əvvəl toylarını iki dəfə təxirə salan Arda Turanla Sinem Kobalın nigah tarixi açıqlanıb. Fanat.az xəbər verir ki, futbolçu-aktrisa cütlüyü dekabrın 26-da dünya evinə girəcək.
Artıq onların toylarının baş tutacağı məkanda bəllidi. Cütlük İstanbuldakı tarixi Çırağan Sarayında evlənəcək. Arda və Sinemin nigah şahidlərinin kimliyinə gəlincə, onların evliliyinə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla "Qalatasaray" və milli komandanın baş məşqçisi Fatih Terim şahidlik edəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər