İsrail yığmasının heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, baş məşqçi Eli Qutman DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan və Rusiya ilə oyunlar üçün 25 futbolçuya dəvət göndərib.
Onların arasında İspaniyanın "Malyorka", Belçikanın "Brügge", "Standard", "Mons", Rusiyanın "Rubin", Fransanın "Valensiyenn", "Reyms" və "Tuluza" klublarının da üzvləri var.
Qapıçılar: Dudu Aouate (Malyorka, İspaniya), Ariel Haruş (Beytar), Danni Amos (Hapoel, Təl-Əviv).
Müdafiəçilər: Eyal Meşumar, Taleb Tavata, Dekel Keynan (hamısı "Makkabi" Hayfa), Öz Rali (Bney Yehuda), Şir Çedek (Hapoel, Kiryat Şmona), Eytan Tibi (Makkabi, Təl-Əviv), Tal Ben Haim (Standard, Belçika), Yval Şpungin (Mons, Belçika).
Yarımmüdafiəçilər: Şeran Yeini, Qal Alberman, Maharan Radi, Eran Zahavi (hamısı "Makkabi", Təl-Əviv), Hen Ezra (Makkabi, Hayfa), Nir Biton (Aşdod), Lior Rafaelov (Brügge, Belçika), Maor Melikson (Valensiyenn, Fransa), Bibras Natço (Rubin, Rusiya).
Hücumçular: İtay Şexter (Hapoel, Təl-Əviv), Elyaniv Barda (Hapoel, Bney Saknin), Şimon Abuhazira (Makkabi, Hayfa), Eliran Atar (Reyms, Fransa), Eden Ben-Basat (Tuluza, Fransa).