Türkiyə Super Liqasının IV turu Fatih terim üçün əlamətdar olub. Fanat.az xəbər verir ki, "Qalatasaray"ın baş məşqçisi 159 gün sonra yenidən "TT Arena"dakı texniki zonaya ayaq basıb.
Qeyd edək ki, Fatih Terim 2012/13 mövsümünün 28-ci turunda "TT Arena"da "Mersin"lə keçirilən qarşılaşma zamanı hakim tərəfindən tribunaya göndərilmişdi. Bundan sonra isə Türkiyə Futbol federasiyası "imperator"u 9 matç cəzalandırmışdı.
Fanat.az