Türkiyə Super Liqasında II turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Cihan Özkaranın çıxış etdiyi «Sivasspor» «Konyaspor»u qəbul edib.
Sivas təmsilçisi matçı 2:0 hesablı qələbə ilə başa vurub. Cihan start heyətində yer almayıb. Baş məşqçi Roberto Karlos onu 88-ci dəqiqədə meydana buraxıb.