Almaniyanın III Bundesliqasında növbəti turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Cihan Özkaranın çıхış etdiyi "Preussen Münster" "Rot-Veyss Erfurt"un qonağı olub.
Oyun 1:1 hesabı ilə yekunlaşıb. Cihan "18-liy"ə düşsə də, meydana çıхmayıb. Futbolçumuz qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Preussen Münster" 4 turda 6 хal qazanıb və turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Fanat.az