Yunis Hüseynov "Qarabağ"la oyunla (0:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Xəzər Lənkəran”ın baş məşqçisi oyundan sonra bunları deyib:
“Fasilədən sonra keçirilən ilk oyunda azarkeşlərimiz bizi dəstəklədilər. Oyuna heç də yaxşı əhval-ruhiyyədə çıxmamışdıq. Bildiyiniz kimi, məlum səbəblərə görə yeni transferlərimizi oynada bilmədik. Manuel Skarlatake və Elşən Rzazadə cəza səbəbindən meydançaya çıxa bilmədilər. Gənc oyunçularımız isə döyüşdülər. Çalışacağıq ki, həmin gənclərlə qışa qədər vacib oyunları layiqli şəkildə oynayaq. Heyətimiz çox kasaddı. Hətta əvəzetmələr edə bilmirdim. Düşünürəm ki, vaxt keçdikcə yaxşı olacaq. Hər oyun futbolçunun təcrübəsinin artması deməkdi. Vurğulayım ki, komandanı toplamaqda əziyyət çəkmişdik. Çox istəyirdim ki, həmin o kollektivlə “Qarabağ”a qarşı oynayaq. Bax o zaman “Xəzər Lənkəran”ın necə komanda olduğunu görərdiniz. Təəssüflər olsun ki, belə alındı”.
Fanat.az