Yunis Hüseynov "Sumqayıt"la oyunla (1:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Xəzər Lənkəran”ın baş məşqçisi bunları deyib:
"Oyun bizim üçün ağır keçdi. Heyətdə problemlərimiz çoxdu. 14 oyunçunun ümidinə qalmışıq. İmkanlarımız geniş deyil ki, səhv edən futbolçuları əvəzedici heyətə göndərək. Çətinliklər fonunda qələbə qazanmaq istəyirdik. Amma futbolçuların çıxışından razı qalmadım. İkinci hissədə toparlansaq da, qollar vura bilmədik. Qarşıda bizi ağır matçlar gözləyir. Məcburuq ki, dekabra kimi bu futbolçularla döyüşək. Gənc futbolçular da özlərinə fikir verməlidilər. Komandada qalmaq üçün özlərini yaxşı tərəfdən göstərməlidilər”.
Fanat.az