Yığmamızın rəqibində qalmaqal

Yığmamızın rəqibində qalmaqal
İtaliyanın "Novara" klubunun hücumçusu Andrey Qalabinov Bolqarıstan yığmasının AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya və Azərbaycanla oyunlarına dəvət alsa da, o, milliyə qoşulmaqdan imtina edib. 
Fanat.az xəbər verir ki, futbolçu özünü tam hazır hiss etmədiyi üçün yığmanın düşərgəsinə qoşulmaqdan imtina edib. Amma Bolqarıstan mətbuatı bunu Qalabinovun yığmanın baş məşqçisi İvaylo Petevdən incik olması ilə əlaqələndirir. Çünki Petev onu bir müddət öncə keçirilmiş Norveç və İtaliya oyunlara dəvət etməmişdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər