Yığmamız dünya birinciliyinə yollandı

Yığmamız dünya birinciliyinə yollandı

Rusiyanın Sankt Peterburq şəhərində sentyabrın 4-də boks üzrə yeniyetmələr arasında dünya birinciliyinə start veriləcək. Fanat.az xəbər verir ki, 8 gün davam edəcək yarışda 400-dən çox idmançı mübarizə aparacaq. 

Komandamız yarışda yalnız bir çəki dərəcəsində təmsil olunmayacaq. Digər 12 çəkidə Azərbaycan boksçuları da öz bacarıqlarını nümayiş etdirəcəklər. Millimiz baş məşqçi Rasim Məmmədov, məşqçilər  Elbrus Rzayev, Təvəkkül Məmmədov və Hüseyn Bağırovun rəhbərliyi altında artıq Rusiyanın şimal paytaxtına yollanıb. Heyətdə ötən il yeniyetmələr arasında qitə birinciliyinin qalibləri olmuş Bəxtiyar Qazıbəyovla Məhəmməd Abdullayev də yer alır. Avropa birinciliyinin gümüş mükafatçısı Cavid Hüseynov, bürünc medalçılar Orxan Həsənov və Şaiq Məlikov da əsas medal ümidlərimiz olacaqlar. 

46 kq: Kənan Əliyev

48 kq: Cavid Hüseynov 

50 kq: Seyidrza Sadıqov 

52 kq: Hüseyn Sadıqov 

54 kq: Orxan Həsənov  

57 kq:   Elton Məmmədov 

60 kq: Bəxtiyar Qazıbəyov 

63 kq: Sayad Lalayev 

66 kq: Rəcəb Niftəliyev 

70 kq: Şaiq Məlikov 

75 kq: Elbrus Əkbərov 

+80 kq: Məhəmməd Abdullayev 

Dünya birinciliyində ölkəmizi hakim kimi Rövşən Hüseynov təmsil edəcək.  

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər