21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Yaşar Vahabzadə Almaniya ilə oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, baş məşqçi 0:3 hesabı ilə yenildikləri oyunla bağlı bunları deyib:
"Almaniya yığması nəinki Avropanın, dünyanın ən güclü komandalarından biridi və bütün yaş qrupları üzrə yığmaları, demək olar ki, eyni sistem əsasında hazırlaşır və oynayır. Bu gün bacardığımız qədər mübarizə apardıq, top saxladıq. Oyunun sonunda futbolçuların yorulması və konsentrasiyanı itirməsi hesabın 3:0-a çatmasına səbəb oldu”.
Fanat.az