Yadullayev köməkçilərinin adını açıqladı

Yadullayev köməkçilərinin adını açıqladı

"İlk növbədə "Sumqayıt" Futbol Klubunun rəhbərliyinə minnətdarlığımı bildirirəm ki, bu vəzifəni mənə həvalə etdilər. Təxminən il yarımdı ki, bu klubda baş məşqçi Aqil Məmmədovun köməkçisi kimi çalışırdım. Bu müddət ərzində kifayət qədər təcrübə topladığımı deyə bilərəm. Artıq məni daha çətin iş gözləyir, məsuliyyətim xeyli artacaq. Çünki, artıq baş məşqçi olacağam deyə bütün suallar mənə ünvanlanacaq".

Fanat.az xəbər verir ki, bu sözləri bu gün "Sumqayıt"ın əvəzedici komandasının baş məşqçisi təyin edilən İlham Yadullayev deyib.

Lider komandaya gəlməyin çətinliyindən danışan Yadullayev məşqçilər korpusuna da aydınlıq gətirib: "Açığı, işimin çətin olacağını bilirəm. Samir Abbasov mənə hazır komanda verib. Fikirləşirəm ki, heç bir dəyişikliyə ehtiyac yoxdu. Lider komandada nəisə dəyişməzlər. Mənim əvəzedici komandada baş məşqçi kimi əsas vəzifəm "Sumqayıt"ın akademiyası ilə sıx iş birliyi və əsas komanda üçün futbolçu hazırlamaq olacaq. Düşünürəm ki, Samir müəllimlə mütəmadi işləyib ümumi plan üzrə hərəkət edəcəyik. Komanda hazırda liderdi və mən mövsümün sonunda da bu komandanın lider olması üçün əlimdən gələni edəcəyəm. Köməkçilərimə gəlincə, bu işdə mənə qapıçılar üzrə məşqçi Etibar Şükürov və Zaur Hidayətov kömək edəcək".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər