Xorvatiyalılar Robert Prosineçkini milli komandanın başında görmək istəyir. Fanat.az хəbər verir ki, bununla bağlı yerli mətbuat sorğu keçirib.
Milli komandamızla heç-heçə oynadıqdan sonra Norveçə uduzan Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaçın istefxası gündəmə gəlib. Prosineçki isə onun yerinə əsas namizədlərdən biri hesab olunur.
Bununla bağlı tportal.hr-nın keçirdiyi sorğuda iştirak edənlərin 29.55 faizi (3542 səs) Prosineçkiyə səs verib. Miroslav Blajeviç 21.51 (2578 səs), Vahid Həlilhociç 18.65 (2235 səs), Zlatka Krançar 13.97 (1675 səs), Zoran Mamiç 10.08 (1208 səs), Branko İvanoviç 3.56 (427 səs) və Edoardo Reya 2.69 (322 səs) faiz səs toplayıb.
Tportal.hr saytına müsahibə verən Prosineçki isə yığmamızı tərk etmək istəmir: "Hamıya təşəkkür edirəm. Amma mənim Azərbaycan millisini tərk etmək fikrim yoxdu. Cəmi 8 aydı Azərbaycandayam. Hələ federasiya ilə 2 illik müqaviləm var. Mən hər şeydən razıyam. Güman edirəm ki, onlar da görülən işdən razıdılar. 4 rəsmi oyun keçirmişik. Uduzmamışıq. Komanda oyundan-oyuna inkişaf edir. Hər növbəti oyun daha yaxşı çıxış edirik. Düzdü, hələ tam istədiyim yaxşı oyunu qura bilmirik. Amma mən bu futbolçulara inanıram".
Fanat.az