Latviyanın 1-ci liqasında XXVII turun oyunları keçirilib. Fanat.az хəbər verir ki, Vüqar Əsgərovun çıхış etdiyi "1625 Liepaya" "Salaspils"in qonağı olub.
Oyun 3:3 hesabı ilə başa çatıb. Start heyətdə meydana çıxan Vüqar bu görüşdə də 90 dəqiqə meydanda olub və kapitan sarğısı ilə çıxış edib. O, hesab 1:3 olarkən 73-cü dəqiqədə penaltidən qol vuraraq, öncə fərqi azaldıb. 83-cü dəqiqədə isə futbolçumuz matçda son nöqtəni qoyan qola imza atıb - 3:3. Bununla da o, cari mövsümdə 17-ci qolunu vurub.
Qeyd edək ki, "1625 Liepaya" 27 turdan sonra 52 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Fanat.az