Latviya 1-ci liqasında XXV turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun çıxış etdiyi "1625 Liepaya" səfərdə "Oqre" ilə qarşılaşıb.
Matç 2:2 hesabıyla başa çatıb. Start heyətdə meydana çıxan Vüqar 90 dəqiqə meydanda olub. O, hesab 1:1 olarkən 48-ci dəqiqədə qol vuraraq, komandasını hesabda önə keçirib. Əsgərov 90-cı dəqiqədə sarı vərəqə almaqla da diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, bu, Əsgərovun yayda keçdiyi "1625 Liepaya" klubunda 15-ci qolu olub. Onun komandası 51 xalla 16 klub arasında 4-cü pillədə qərarlaşıb.
Fanat.az