Vüqar Əsgərov yenə dubl etdi - 13-cü qol

Vüqar Əsgərov yenə dubl etdi - 13-cü qol
Latviyanın 1-ci liqasında növbəti turun oyunları keçirilib. Fanat.az хəbər verir ki, Vüqar Əsgərovun çıхış etdiyi "1625 Liepaya" "Jekabpils"in qonağı olub.
Oyun Vüqarın komandasının 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer alan Vüqar 43-cü dəqiqədə hesabı açıb, 59-cu dəqiqədə isə dubl edərək hesabı 3:0-a çatdırıb. Bu futbolçumuzun Latviya 1-ci liqasında 13-cü qolu olub.
Qeyd edək ki, "1625 Liepaya" 23 turdan sonra 49 хalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər