Latviyanın 1-ci liqasında XXI turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Vüqar Əsgərovun çıxış etdiyi "1625 Liepaya" "Saldus"un qonağı olub.
Matç futbolçumuzun komandasının 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan və sonadək mübarizə aparan Azərbaycan yığmasının sabiq hücumçu 52-ci dəqiqədə qol vurub.
Qeyd edək ki, bu, Əsgərovun yayda keçdiyi "1625 Liepaya" klubunda qısa müddət ərzində 10-cu qoludu. Onun komandası isə 43 xalla 16 klub arasında 4-cü pillədə qərarlaşıb.
Fanat.az