Velosipedçimiz Fransada 5-ci oldu

Velosipedçimiz Fransada 5-ci oldu

Azərbaycanın şosse velosipedi üzrə qadınlardan ibarət yığma komandasının üzvü Yelena Pavluxina Fransada keçirilən birgünlük "Chrono des Nations" veloyürüşündə uğurla çıxış edib. 

Fanat.az xəbər verir ki, Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən və fərdi ötüşmə sistemi üzrə keçirilən yarışda iştirakçılar 21 km məsafə qət ediblər.

Velosipedçimiz bu məsafəni 29 dəqiqə, 31 saniyəyə qət edərək yekunda 5-ci yeri tutub və bununla da Rio-2016-ya 30 lisenziya xalı qazanıb. Hazırda Yelena Pavluxinanın aktivində ümumilikdə 53 reytinq xalı var.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər