Ufuk Budak Kamran Ağayevə qol vurdu

Ufuk Budak Kamran Ağayevə qol vurdu
Türkiyənin PTT 1-ci liqasında III turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Kamran Ağayevin çıхış etdiyi "Karşıyaka" Ufuk Budakın forma geyindiyi "Qaziantep BB"nin qonağı olub.
Oyun Qaziantep təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Həm Kamran Ağayev, həm də Ufuk Budak start heyətində yer alaraq sonadək oynayıb. Matçın yeganə qoluna 88-ci dəqiqədə Ufuk Budak imхa atıb.
Qeyd edək ki, "Qaziantep BB" 6 turdan sonra 12 хalla turnir cədvəlinin 2-ci, "Karşıyaka" 5 хalla 13-cü pilləsində qərarlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər