"Xəzər Lənkəran" rəhbərliyi bu gün "Hilton" otelində mətbuat konfransı keçirib. Fanat.az xəbər verir ki, FIFA-nın qərarı ilə bağlı təşkil olunan konfransda kubun vitse-prezidenti Tuyqun Nadirov jurnalistlərin suallarını cavabandırıb.
- FIFA bizə qarşı haqsız qərar qəbul edib. Avqustda verilən qərar dünən təkrarlanıb. Bu qərar sizə təqdim etdiyimiz əlavələrdə var. 2014-cü ilin oktyabrında verilən qərarla iki transfer dönəmində heyətə oyunçu qata bilmərik.
- Yeni transferlərin taleyi necə olacaq?
- Biz oyunçuları dəvət edəndə heç bir qanun pozuntusuna yol verməmişik. Reqlamentə əsaslanmışıq. FİFA-nın ədalətsizliyi bizi pis vəziyyətdə qoydu. Avqustda 3 oyun keçirmişik, ortaya güc qoymuşuq. Planımız beləydi ki, yenilər oynayacaq. Ümid edirəm ki, yenilər bizi başa düşəcək. "Qarabağ"la oyundan sonra onlarla danışacağıq. Xarici klublarda 6 ay gözləyənlər var. Düzdü milli futbolçular oynamaq istəyir. Çalışacıq ki, ən qısa vaxtda məsələ həll olunsun. AFFA da bizə bu işdə dəstəkdir. Biz EKA - Avropa Klublar Asosasiyasının üzvüyük. Onlar da bizim haqlı olduğumuzu bilir. 6 xalımız silinəndə FİFA-ya sənədlər təqdim etdik. Onlar səhvlərini etiraf etdilər, xalımız qayıtdı. Biz çalışmalıyıq tez bir zamanda həll olsun.
- Vüqar Nadirovla Ruslan Abışovun "Neftçi"yə keçəcəyi deyilir...
- Bu söhbətlərin hardan çıxdığını bilmirik. Onlar bizimlə məşq edir. FİFA-ya məktubu iş saatının sonunda göndərib vaxt itirdik. Təxminən 10 gün gözləməliyik. Şikayətimizi verəcəyik. CAS bizim məktubumuza əsasən transfer qadağasını götürə bilər.
- FİFA niyə sizə qarşı qərəzlidi?
- Qanunlar onu göstərir ki, biz 31 avqustdan sonra oyunçu ala bilərik. Qanuna əməl olunmursa, bu qərəz deyil? Söhbət şəxsi qərəzdən getmir. 2011 ci ildə Muharemivoç şikayət edib 125 min istəyib. Biz FİFA-ya çatdırmışıq ki, onunla rəsmi müqavilə olmayıb. Belədə qurum maddi təzminatı rədd etdi və gördülər ki, söhbət 3 min manatdan gedir. Ali futbol qurumudu. Deyir ki, mənim bayrağım altında oynayırsızsa, belə də olmalıdı. Qalin İvanov özbaşına gedib. Biz də onu cərimələmişik. Amma FİFA onun xeyrinə qərar verib. Biz qurumun qərarlarına hörmət edirik. Amma görünən odu ki, indi öz qərarına əməl etmir.
- Fikirləşmirsiz ki, transferlərlə məşğul olan əməkdaşlar qeyri-peşəkardı?
- 3 ilə 30 futbolçu transfer etmişik. Hər bir məşqçi yeni futbolçularla işləmək istəyir. 30 futbolçudan 2-3 nəfərin problem çıxarması qeyri peşəkarlıq ittihamına əsas vermir. 10 şikayətin hamısının FİFA-ya getməsi anormallıqdı. Təəssüf ki, əcnəbilər AFFA-ya şikayət ünvanlamır, birbaşa FİFA-ya gedir. Təklif etmişik ki, AFFA-nın mübahisələrin həlli departeminti belə şikayətlərə baxsın. Deyə bilmərik ki gələn-gedən futbolçular pis olub. Transferlərlə baş məşqçi məşğul olur və nəticəyə cavabdeh olur.
- Niyə bu işlər ancaq "Xəzər Lənkəran"ın başına gəlir?
- Sizinlə razı deyiləm. Ümumi toplasaq o biri klubların ödədiyi məbləğin heç beşdə biri deyil. İş olan yerdə də problem olar. Təbii ki, kimsə istəməz problem olsun. Amma Avropanın məşhur klublarına də cəza verilir. Çalışmalıyıq ki, mübahisələr burada həll olunsun. Azərbaycanda icazəsiz düşərgəni tərk edən futbolçudan təzminat alan ilk klub bizik. Bütün bunlar futbolun içində olan proseslərdi. İnanıram ki, ədalət tezliklə bərpa olunacaq.
- Müsbət olmasa, sizi hansı real problem gözləyir?
- Biz hər zaman iddialı olmuşuq. Məqsədimiz hər il qızıl medal qazanmaqdı. İlk məqsədimiz haqlı olduğumuzu isbatlamaqdı. Baş məşqçimiz əlində olan futbolçularla maksimum nəticə göstərməyə çalışır. FİFA-nın məqsədi bizi zəiflətməkdi. Haqqımızı sübut edəndən sonra FİFA-ya təzminat davası açacağıq ki, onlara görə xal itirmişik, futbolçularımız oynamayıb.
- Mübariz Mənsimovun kluba pul göndərilmədiyi deyilir...
- Mübahisəmiz olan futbolçuya pul ödənmir. Bu da normal prosesdi. Futbolçular sonuncu maaşı avqustda alıblar. Hər oyunçunun müqaviləsində tarix göstərilib. Sanko və Toşiçin bizdən şikayət edəcəyini yazırlar. Halbuki hər iki futbolçu ilə qarşılıqlı sənəd imzalamışıq, öhdəliyimiz yoxdu. Xahiş edirəm belə məsələlərdə diqqətli olun. Fəxri prezidentimiz daima bizimlə maraqlanır, yanımızdadı. Onun nəzarəti ilə işimizi davam etdiririk. Hər şeydən də xəbərdardı.
Fanat.az