Tuğrul Erat alman klubuna qələbə qazandırdı

Tuğrul Erat alman klubuna qələbə qazandırdı

Almaniya Qərb Regional Liqasında VI turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Toğrul Eratın çıxış etdiyi "Fortuna"nın U-23 komandası "Erndtebryuk"un qonağı olub.

Görüş futbolçumuzun komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Erat sonadək mübarizə aparıb. Matçdakı yeganə qolu da məhz 41-ci dəqiqədə Toğrul vurub.

Qeyd edək ki, Toğrulun komandası hazırda 8 xalla 19 klub arasında 7-ci pillədə qərarlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər