Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Toğrul Eratın çıxış etdiyi "Fortuna"nın U-23 komandası "Rödinqhauzen"in qonağı olub.
Oyun Düsseldorf təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Erat sonadək mübarizə aparıb.
Qeyd edək ki, "Fortuna" 4 turdan sonra 5 xalla 7-ci pillədə qərarlaşıb.
Fanat.az