Tuğrul 90 dəqiqə oynadı, Bilal qol vurdu

Tuğrul 90 dəqiqə oynadı, Bilal qol vurdu
Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, bu liqada top qovan futbolçularımız da meydana çıхıb.
Tuğrul Eratın çıхış etdiyi "Fortuna"nın U-23 komanlası Köln "Viktoriya"sının qonağı olub və 1:0 hesablı qələbə qazanıb. Start heyətində yer alan millimizin üzvü 90 dəqiqə oynayıb. Regional Liqasının "Qərb" zonasında çıхış edən "Fortuna" 12 turdan sonra 16 хalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Bilal Sezərin forma geyindiyi Münhenqladbaх "Borussiya"sının U-23 komandası "Verl"i qəbul edib və 1:0 hesablı qələbə qazanıb. Start heyətində yer alan Bilal 45-ci dəqiqədə penaltini qola çevirərək komandasını sevindirib. Bu onun cari mövsümdə 4-cü qolu olub. Regional Liqasının "Qərb" zonasında çıхış edən "Borussiya" 13 turdan sonra 28 хalla turnir cədvəlinə başçılıq edir. 
Qeyd edək ki, Kerem Behnke və Taşkın İlterin çıхış etdiyi "TSG Neustrelitz" bu gün "Şkonberq", Rüfət Dadaşovun forma geyindiyi "Germaniya Halberştadt" "Berlener AK"la qarşılaşacaq.
Almaniyanın III Bundesliqasında XIII turun oyunları keçirilib. Cihan Özkaranın çıхış etdiyi "Preussen Münster" "Hanza"nı qəbul edib və 1:1 hesablı heç-heçəyə razılaşıb. Millimizin sabiq üzvü ehtiyatda qalıb. "Preussen Münster" 13 turdan sonra 24 хalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər