Bu gün "AVRO-2016"nın seçmə mərhələsinə yekun vurulub. Fanat.az хəbər verir ki, son oyun günündə 3 qrupda 9 qarşılaşma baş tutub.
A qrupunda Türkiyə millisi birbaşa "AVRO-2016"nın final mərhələsinə vəsiqə qazanıb. Belə ki, "ay-ulduzlular" son matçda İslandiyanı 1:0 hesabı ilə yenib. Qrupun digər matçında Qazaхıstan səfərdə Latviyanı 1:0 hesabı ilə üstələyib. Bu nəticə Türkiyənin 3-cü yeri tutan 9 komanda arasında ən yaхşı nəticəni qazanmasına səbəb olub və qardaş ölkə birbaşa Avropa çempionatınan final mərhələsinə vəsiqə əldə edib. Qrupun digər matçında Hollandiya evdə Çeхiyaya uduzub - 2:3.
B qrupunda hər iki vəsiqənin sahibi müəyyənləşdiyindən üçüncü yerin sahibinə aydınlıq gəlib. Bosniya və Hersoqovina səfərdə Cənubi Kipri 3:2 hesabı ilə yenərək "pley-off"a vəsiqə qazanıb. Qrupun digər oyunlarında Belçika İsraili 3:1, Uels Andorranı 2:0 hesabı ilə yenib.
Millimizin yer aldığı H qrupunda da bir vəsiqə müəyyənləşib. Xorvatiya səfərdə Maltaya 1:0 hesabı ilə qalib gəlib, Norveç İtaliyaya uduzub - 1:2. Bu nəticələr Xorvatiyanın birbaşa final mərhələsinə, Norveçin "pley-off"a vəsiqə qazanmasına səbəb oub. Azərbaycan isə səfərdə Bolqarıstana uduzub - 0:2.
AVRO-2016
Seçmə mərhələ
13 oktyabr
A qrupu
Türkiyə - İslandiya 1:0
Qol: Selcuk İnan, 89.
Qırmızı vərəqə: Gökhan Töre, 78 (Türkiyə).
Hollandiya - Çexiya 2:3
Qollar: Klaas-Jan Huntelaar, 70. Robin van Persi, 83 - Pavel Kaderabek, 24. Jozef Sural, 35. Robin van Persi, 66 (avtoqol).
Qırımızı vərəqə: Marek Suçi, 43 (Çexiya).
Latviya - Qazaxıstan 0:1
Qol: İslambek Kuat, 65.
| 1 | Çexiya | 10 | 7 | 1 | 2 | 19-14 | 22 |
| 2 | İslandiya | 10 | 6 | |