Tounkara "Böyük oyun"da oynayacaq?

Tounkara "Böyük oyun"da oynayacaq?
Premyer Liqanın V turu çərçivəsində səfərdə “Neftçi”nin qonağı olacaq “Xəzər Lənkəran” hazırlığına start verib. Fanat.az xəbər verir ki, komanda Lənkərandakı bazasında sentyabrın 15-dən etibarən bir araya gələrək məşqlərini davam etdirir. 
Heyətdə zədəli futbolçu olmasa da, Sadio Tounkaranın “Böyük oyun”da meydana çıxması sual altındadı. Artıq 4 aydır ki, əməliyyat olunan malili futbolçu komanda ilə birgə məşqlərə qoşulsa da, meydana çıxmağa tam hazır deyil. 
Sentyabr ayının 18-nə qədər hazırlığı doğma şəhərdə davam etdirəcək “Xəzər Lənkəran” sonra matç üçün paytaxta yola düşəcək. 
Qeyd edək ki, “Böyük oyun” sentyabr ayının 20-də “Bakcell Arena”da baş tutacaq və saat 21.00-da start götürəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər