ABŞ-ın Vaşinqton şəhərində Milli Olimpiya Komitələrinin Assosiasiyasının 20-ci Baş Assambleyası keçirilir. Fanat.az xəbər verir ki, Assambleyada gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-nin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva iştirak edirlər.
2012-ci il London Yay Olimpiya Oyunlarının və Bakıda keçirilən ilk Avropa Oyunlarının qalibi sərbəst güləşçimiz Toğrul Əsgərov assambleyasında mükafatlandırılıb.
Güləşçimiz Avropa qitəsinin ən yaxşı kişi idmançısı adına layiq görülüb. Mükafatı Toğrul Əsgərova Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki təqdim edib.

Fanat.az