Tkaçukun het-triki Emin Ağayevi məyus etdi

Tkaçukun het-triki Emin Ağayevi məyus etdi
Rusiya Kubokunun 1/16 final mərhələsinin ilk oyunları keçirilir. Fanat.az xəbər verir ki, milli komandamızın sabiq futbolçusu Emin Ağayevin baş məşqçisi olduğu "Volqa" evdə meydana çıхıb.
Tver təmsilçisi Rusiya çempionu "Zenit"i qəbul edib. Oyun qonaq komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın əsas vaхtı 0:0 hesabı ilə yekunlaşıb. Əlvə vaхtda Denis Tkaçuk het-trik edib. O, 94, 106 və 112-ci dəqiqələrdə "Volqa"nın qapsına yol tapıb.
Qeyd edək ki, 42 yaşlı azərbaycanlı mütəxəssisin baş məşqçisi olduğu "Volqa" hazırda Rusiya çempionatının II divizionunda çıfxış edir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər