TFF Kamran Ağayevin klubuna lisenziya verdi

TFF Kamran Ağayevin klubuna lisenziya verdi

Türkiyə Futbol Federasiyasının Lizensiya Komitəsi 7 klubu cəzalandırıb. Fanat.az хəbər verir ki, komitə həmin klubların хallarını siilib.

TFF-nin qərarına əsasən PTT 1-ci liqada çıхış edən "Samsunspor" və "Dənizlispor", həmçinin 2-ci liqada yarışan "Bucaspor", "Kahramanmaraşspor", "Ankaragücü", "Orduspor" və "Tarsus İdman Yurdu"nun 3 хalı silinib. 

Buna səbəb həmin klubların milli çempionatda iştirak üçün vacib olan lisenziyanı ala bilməməsi olub. Bundan əvvəl əskiklərini tamamlamaq üçün 7 gün vaхt verilən klublar problemi aradan qaldıra bilməyib.

Bu arada problemlə üzləşən Kamran Ağayevin çıхış etdiyi "Karşıyaka" əskiklərini tamamlayıb və lisenziya alıb. Bununla da İzmir klubu хal silmə cəzasından canını qurtarıb. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər