"Mənim boyum, gücüm və texnikam var idi. Bütün bunlar birlikdə mənim qalib gəlməyimə kömək etdi". Fanat.az xəbər verir ki, bu sözləri "Bakı-2015" I Avropa Oyunlarının qalibi Teymur Məmmədov deyib.
81 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz final döyüşündən sonra açıqlama verib: "Turnir boyunca formam günbəgün yaxşılaşırdı. Final günü isə ən yaxşı formada idim. Boksda bu çəki üzrə ilk qızıl medalı doğma ölkəmdə qazanmaqdan qürur duyuram. Həmçinin ölkə prezidentinin qızıl medalı mənim boynumdan asması çox qürurvericidi".
Qələbədən sonra Azərbaycan bayrağını tutaraq dizləri üstə çökən həmyerlimiz, qələbəsini bu yaxınlarda doğulacaq körpəsinə həsr etdiyini vurğulayıb.
Fanat.az