UEFA 2014/15 mövsümündə ən yaxşı qapıçı qurtarışının müəllifini açıqlayıb. Fanat.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, UEFA-nın keçirdiyi səsvermədə "Barselona"nın qapıçısı Mark Andre Ter Şteqen hamını qabaqlayıb.
Onun Çempionlar Liqasının yarımfinalında "Bavariya" ilə görüşdəki möhtəşəm qurtarışı respondentlərin ən çox səs faizi toplayıb. Yekunda 28 faiz səs toplayan almaniyalı qolkiper mövsümün ən yaxşı qurtarışının müəllifi olub.
Qeyd edək ki, "Bavariya"nın qapıçısı Manuel Noyer səsvermədə ikinci olduğu halda, "Yuventus"un qolkiperi Canluici Buffon üçüncülüklə kifayətlənib.
Fanat.az