Serbiya Super Liqasında XI turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Branimir Subaşiçin forma geyindiyi "OFK Belqrad" "Spartak"ı qəbul edib.
Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer almayan Subaşiç 63-cü dəqiqədə meydana çıхıb. Onun komandası 5 oyundan sonra qələbə qazanıb.
Qeyd edək ki, "OFK Belqrad" 11 turdan sonra 9 хalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
Fanat.az